Konqo Demokratik Respublikasının İturi əyalətində ölən uşağının dəfn mərasiminə gələn kütləyə atəş açan şəxs 9-u uşaq olmaqla 13 nəfərin ölümünə səbəb olub.

"Unikal" xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, İturi vilayətinin Nyakova kəndində övladını itirən əsgər dəfn mərasimində toplaşanlara atəş açıb.

Atışma nəticəsində başsağlığı verməyə gələn 9-u uşaq olmaqla 13 nəfər həyatını itirib.

Hadisə yerindən qaçan hərbçilərin axtarışları davam edərkən, hadisə ilə bağlı araşdırmalara başlanılıb.