Moskva meri Sergey Sobyanin bazar ertəsi səhər şəhərin pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.
"Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz təyyarələrin zərbələri qeydə alınıb. Ciddi dağıntılar və qurbanlar yoxdur", - Sobyanin yazıb.
Məlumata görə, dronlardan biri Moskvanın Lixaçov prospektində yerləşən biznes mərkəzinin binasına düşüb.
"Partlayış oldu. Hadisə nəticəsində ilkin məlumata görə, ölən və xəsarət alan olmayıb", - TASS-da qeyd olunub.
Gülayə Mecid