"Jacob&Co" saat evi Bugatti ilə birlikdə eksklüziv "Chiron Tourbillon Molsheim Edition" qol saatını istehsal edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, W16 mühərriki ilə təchiz edilmiş saatın qiyməti nə az, nə də çox, düz bir milyon dollardır.
Saatın xüsusi seriyası "Jacob & Co"nun baş qərargahının yerləşdiyi Fransanın Molsheim şəhərinə aiddir. Və məhsulun özü Bugatti Chiron hiperkarına həsr olunub. Saatın korpusu Fransa bayrağının şərəfinə mavi, ağ və qırmızı zolaqlarla - yüz yarım sapfir, eyni sayda yaqut və əlli brilyantla bəzədilib. "Chiron Tourbillon"un korpusu isə ağ qızıldan hazırlanıb.
Qeyd edək ki, Bugatti saatları 30 metr dərinliyə qədər suya davamlıdır.
Gülayə Mecid