Rusiya Xarici İşlər Nazirliyi pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya hücumunu beynəlxalq terror aktı adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova RTVI telekanalına açıqlayıb. 

"Bu, beynəlxalq terror aktıdır", - diplomat nazirliyin insidenti necə qiymətləndirdiyi ilə bağlı suala cavabında vurğulayıb.

Qeyd edək ki, iyulun 24-də səhər saatlarında iki PUA Moskvada binalara hücum edib. 

Ağarza Elçinoğlu