Türkiyənin İstanbul Ataşəhərdə Maliyyə Mərkəzinin mənfi 5-ci mərtəbəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğınla əlaqədar Maliyyə Mərkəzi təxliyyə edilib. Naməlum səbəbdən baş verən yanğında binanı tüstü bürüyüb. Yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Yanğınsöndürmə qrupları tüstünün çıxarılması və soyutma işləri aparıb.