İsmayıllı rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə bu gün saat 21:00 radələrində rayonun Mollaisaqlı kənd sakinləri-1962-ci il təvəllüdlü Ağakişiyeva Solmaz Bayram qızı, 1996-cı il təvəllüdlü Şəhlalı Bəhman Tofiq oğlu, 1994-cü il təvəllüdlü Şəhlalı Lazım Tofiq oğlunun axşam yeməyindən sonra halı pisləşib, onlarda işləmə və qusma əlamətləri baş verib. Ana və övladları təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov