Türkiyənin Antalya, Manisa və Kahramanmaraş vilayətlərində meşə yanğınları tüğyan edir.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğınlar Kaş, Kəmər, Taşağıl, Saruxanlı, Dülkadiroğlu rayonlarında qeydə alınıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin məlumatına görə, yanğınlara havadan və qurudan müdaxilə edilir. Evlər və xəstəxanalar boşaldılır. 

Nuranə Abbasova