2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 25 partlayış hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, bu, 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 13 hadisə və ya 34% azdır.

Partlayışlar zamanı 10 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.