Moldova hökuməti Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarına gəlib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bunu xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku hökumətin iclasında bildirib.

“Biz Moldovada akkreditə olunmuş rus diplomatlarının sayının məhdudlaşdırılması zərurəti ilə bağlı siyasi qərarlar qəbul edən qurumlar və şəxslərlə ümumi fikrə gəldik”, - deyə Popesku vurğulayıb.

Xarici işlər və Avropaya inteqrasiya nazirinin sözlərinə görə, rusiyalı diplomatlara qarşı bu cür tədbirlərin görülməsinə səbəb “respublikadakı vəziyyətin sabitliyinin pozulmasında səfirliyin bəzi əməkdaşlarının əli ola biləcəyi” şübhəsi olub. Rusiya diplomatlarının bu cür fəaliyyətlərdə iştirakına dair sübutlar təqdim edilməyib.

Nuranə Abbasova