Türkiyənin Antalya vilayətində məşhur Kəmər kurortunun yaxınlığında güclü meşə yanğınları baş verib. Yalnız bir gecədə yanğın 100 hektar meşə sahəsini bürüyüb. 

"Unikal" xəbər verir ki,  yanğınla mübarizəyə 1050 nəfər, 200-dən çox avtomobil, 10 təyyarə və 22 helikopter göndərilib.

Ehtiyat tədbiri olaraq ondan çox ev və xəstəxana təxliyə edilib.