Moskvada Vegas Kuntsevo və Rumer ticarət mərkəzlərini su basıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Binaların içərisində suyun səviyyəsi təxminən 10 sm-dir.

Bundan başqa, metronun "Baqrationovskaya" stansiyasını da yağış suları dolub. Qatarların stansiyadan bir istiqamətdə hərəkəti həyata keçirilmir. Dmitrovski parkı yaşayış kompleksində də onlarla avtomobilin su altında qaldığı bildirilir.

Qeyd edək ki, Rusiyanın paytaxtına bir neçə gündür aramsız yağışlar yağır.