Qlobal istiləşmənin təsiri ilə dünyanın hər yerindən yanğın xəbərləri gəlir.

"Unikal" xəbər verir ki, vəziyyət kifayət qədər ağır və acınacaqlı olsa da, meşə ekologiyasına görə, meşələrin canlanması və yenilənməsi üçün əslində yanğınların böyük əhəmiyyəti var.

Meşə yanğınlarının əsas səbəblərindən biri yandırılmamış tumurcuqların utilizasiyası, küləşin yandırılması, kənd təsərrüfatı sahələrində lazımsız otların təmizlənməsi, uşaqların meşədə odla oynaması, manqalların yandırılmasıdır. 

Meşə yanğınlarının nəticələri nələrdir?

Araşdırmalar göstərir ki, qlobal istiləşmənin təsiri ilə gələcəkdə meydana gələcək daha isti iqlim şəraiti daha çox yanğına səbəb ola bilər. Yanğın mövsümlərinin uzanması və meşə yanğınlarının sayında ciddi artımın olması onu göstərir ki, meşə yanğınlarının daha yaxşı proqnozlaşdırılması üçün müxtəlif tədqiqatlar aparılmalıdır. Kifayət qədər yaxşı iş görülməzsə və yanğınların qarşısını almaq mümkün olmayacaq.

Meşə yanğınlarının nəticələrini təqdim edirik:

- Ağaclar yandıqca torpağı saxlayan elementlər yox olur, eroziya və sel baş verir.

- Gələcək nəsillərin meşələri azalır,

- Meşə vəhşi təbiəti zərər görür,

- Karbon və oksigen tarazlığı oksigenə qarşı pozulduğu üçün atmosferdə yığılan karbon qazının həddindən artıq miqdarı iqlim dəyişikliklərinə səbəb olur,

- Ekoloji tarazlıq pozulur,

- Turizmə mənfi təsir göstərir,

- Yanğın zamanı baş verən həddindən artıq istilik torpağın fiziki və kimyəvi xüsusiyyətlərini dəyişdirir,

- Ağac məmulatlarında və dərman bitkilərində yüksək iqtisadi itkilər baş verir,

Araşdırmalar zamanı müəyyən edilib ki, yanğından sonra bəzi zərərverici növləri yanan ağaclarda məskunlaşıb. Bu səbəbdən yanğından sonra zərərli həşərat növlərinin artdığını söyləmək mümkündür.

Qeyd edək ki, Türkiyə, Yunanıstan və  İtaliyada  meşə yanğınları davam edir.  

Gülayə Mecid