"Dünya maliyyəsində dollar “siyasi mübarizə aləti” kimi istifadə olunur".

"Unikal" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin BRİKS Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə görüşdə bildirib .

O, bu BRİKS maliyyə institutunun inkişafının vacibliyini qeyd edib.

“İndiki şəraitdə qlobal maliyyədə baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, bunu etmək asan deyil” deyə o, bildirib.

Bundan əvvəl Moskva birjasında dolların məzənnəsi  iyulun 17-dən bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb .

56 qəpik azalaraq 89,95 rubl təşkil edib. Yuan 12,57 rublda qalıb, avro isə 99,69 rubla düşüb.

Bundan əvvəl maliyyə analitiki Vladimir Levçenko demişdi ki, rublun kəskin şəkildə zəifləməsinin səbəbi ölkədən kapital axınının olmasıdır.

Onun sözlərinə görə, rublun zəifləməsinin büdcəyə hansısa formada kömək etməsi ilə bağlı istənilən söhbətin hazırkı reallıqda heç bir mənası yoxdur.