Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Danışıqlar mətbuata qapalı keçirilib. Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Ərdoğan Çinin “Bir Kəmər və Yol” təşəbbüsü ilə Türkiyənin Orta Dəhliz Təşəbbüsünün uyğunlaşdırılması istiqamətində səylərin sürətləndirilməsi məsələsinə toxunub. O, bu məqsədlə yaradılmış Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclasını keçirmək istədiklərini qeyd edib.