Nigerin paytaxtı Niameydə prezident sarayı yaxınlığında intensiv atışma baş verib .

"Unikal" xəbər verir ki, prezident qvardiyasının əsgərləri hərbçilər tərəfindən saxlanılan dövlət başçısı Məhəmməd Bazumun dərhal azad edilməsini tələb edən nümayişçilərə atəş açıb.

Niger prezidenti Bazum Niameydəki iqamətgahında öz mühafizəçiləri tərəfindən saxlanılıb. Üsyandan əvvəl dövlət başçısı milli qvardiyanın rəisi Çianinin işdən çıxarılması məsələsini qaldırmışdı. Prezident ofisinin məlumatına görə, Nigeriya ordusu üsyançılara hücum etməyə hazırdır. Bazum istefa sənədlərini imzalamağa məcburdur, lakin o, razılaşmır. O da bildirilir ki, prezidentlə hər şey qaydasındadır, həyat yoldaşı ilə birlikdə iqamətgahdadır. 

Həmçinin Niger prezidentinin ofisi Twitter-də ölkə ordusunun prezident qvardiyasının əsgərlərinin dövlət əleyhinə üsyanını dəstəkləmədiyini bildirib.