Ermənistan hökuməti Avropa İttifaqından qrant alacaq. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət artıq layihənin təsdiqlənməsini müzakirə edib. 

Qrantın məbləği 32 milyon avro təşkil edir. Həmin pulla Ararat, Qeqarkunik və Kotayk rayonlarının bütün məktəblərində, Sünik rayonunun 13 məktəbində laboratoriyalar tikilməlidir, söhbət ümumilikdə 337 məktəbdən gedir.

Laboratoriyalar sırf Aİ-nin pulu ilə tikiləcək və Ermənistan büdcəsindən maliyyələşmə nəzərdə tutulmur. 

Ağarza Elçinoğlu