Niger hərbçiləri ölkə prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını, dövlətin sərhədlərinin bağlandığını bildiriblər.

"Unikal" xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Nigeriyalı hərbçilər milli televiziyada çıxış edərək, prezident Bazumun devrildiyini, sərhədlərin bağlandığını söyləyiblər", - KİV yazıb. 

Bildirilir ki, ölkədə ümummilli komendant saatı tətbiq edilib.

Qeyd edək ki, iyulun 26-da Niger Prezident Qvardiyası səhər saatlarında prezident Məhəmməd Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb. Məlumata görə, prezident mühafizəsi Bazumun iqamətgahına girişi bağlayıb və danışıqlar aparanların onun azadlığa buraxılması tələbini rədd edib. 

Niger prezidentinin prezident qvardiyasının komandiri, general Ömər Çianinin işdən çıxarılması məsələsini qaldırmasından sonra mühafizəçilər üsyan qaldırıb.

Gülayə  Mecid