Qazaxıstanın Abay vilayətinin Beskaraqay rayonunda iyulun 15-də başlayan meşə yanğın tamamilə söndürülüb.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Beskaraqay rayonunda 385 hektar sahədə baş vermiş meşə yanğını tamamilə aradan qaldırılıb", - məlumatda deyilir.

İdarədən bildirilib ki, söndürmə işləri əlverişsiz hava şəraiti – havanın yüksək temperaturu, güclü külək və sıx bitən taxılların olması səbəbindən çətinləşib.

Nuranə Abbasova