BMT-nin baş katibi Antonio Quterreş iyulun 26-da Nigerdə üsyan törədən və prezident Məhəmməd Bazumu həbs edən hərbçiləri onu azad etməyə çağırıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, BMT rəsmisi ölkədə demokratik prinsipləri pozan fəaliyyəti dayandırmağı tövsiyə edib. 

“Hakimiyyəti güc yolu ilə ələ keçirmək və Nigerdə demokratik idarəçiliyə, sülhə və sabitliyə xələl gətirmək cəhdini ən sərt şəkildə pisləyirik”, - BMT rəhbəri bildirib. 

Quterreş bütün tərəfləri “təmkin göstərməyə və konstitusiya quruluşunun qorunmasını təmin etməyə” çağırıb. O, bəyanatında BMT-nin Niger hökuməti və xalqının yanında olduğunu deyib. 

Nuranə Abbasova