Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya pilotsuz uçuş aparatlarını göstərib.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, PUA-ların ABŞ aparatlarına oxşarlığı diqqətdən qaçmayıb. 

Cənubi Koreyanın “Rönhap” agentliyi qeyd edib ki, pilotsuz təyyarələrdən biri Amerikanın “RQ-4 Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsinin analoquna, digəri isə ABŞ-nin “General Atomics” şirkətinin “MQ-9 Reaper” zərbə və kəşfiyyat PUA-sına bənzəyir.

Bildirilir ki, ilk dron Cənubi Koreya Hərbi Hava Qüvvələrində də olan “Global Hawk” pilotsuz təyyarəsinə o qədər bənzəyir ki, onlar eyni vaxtda Koreya yarımadası üzərində hava məkanında uçmağa başlasalar, “çaş-baş qala bilərlər”. Hətta dronların yan tərəfindəki nömrələr belə Cənubi Koreya Hərbi Hava Qüvvələrinin PUA-larına qoyduğu rəqəmlərə bənzəyir.

Nuranə Abbasova