Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) prezident və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşının vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib. 

“Unikal” xəbər verir ki, bu barədə BƏƏ-nin “WAM” xəbər agentliyi məlumat yayıb.

“BƏƏ prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mərhum qardaşı Əlahəzrət Şeyx Səid bin Zayed Əl Nəhyan üçün yas tutur”, - prezident administrasiyasının bəyanatında deyilir.

Matəm iyulun 27-dən 29-dək davam edəcək.

Nuranə Abbasova