"Volkswagen"in Rusiya aktivlərinin satışı üzrə əməliyyatın məbləği 125 milyon avro təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Müqavilə mayın 18-də başa çatıb. "Volkswagen Group Rus" Rusiyada AGR MMC (AGR Automotive Group) adı altında fəaliyyətini davam etdirir. İyulun əvvəlində Dövlət Dumasının deputatı Gennadi Sklyar "Volkswagen" və "Volvo"nun Kaluqa zavodlarında istehsalın Çin istehsalçısı tərəfindən bərpa ediləcəyini açıqlamışdı.