Türkiyədə seçkilərdən sonra dollar 27 lirəni, avro isə 30 lirəni keçib. 

"Unikal" xəbər verir ki, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın qızı Feyza Erbaş Türk lirəsinin ucuzlaşmasından şikayətlənib. 

O, övladlarının hava limanından şəkillərini paylaşaraq qeyd edib ki, 8 yaşlı qızı 13 ölkəyə gedib. Lakin kiçik oğlu 30 lirə 1 avro olduğu üçün xaricə gedə bilməyib. 

Qeyd edək ki, Ali Erbaş yoxsulluğa və bahalaşmaya qarşı vətəndaşları səbirli olmağa çağırmışdı. 

Ağarza Elçinoğlu