Ermənistan Müdafiə Nazirliyi 2,5 milyard dram (təxminən 6,5 milyon dollar-red.) məbləğində əlavə vəsait alacaq.

"Unikal" xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Belə bir qərarın verilməsinə səbəb kimi qeyd olunub ki, vəsaitlər nazirliyin əvvəllər nəzərdə tutulmayan ehtiyaclarını ödəmək üçün ayrılıb.