Ukrayna Xarici İşlər Nazirliyi Seuldakı barda baş verən davadan sonra səfirliyin diplomatını Cənubi Koreyadan geri çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat yayıb. 

“Ukrayna Xarici İşlər Nazirliyi Seulda Ukrayna səfirliyinin əməkdaşının iştirakı ilə baş vermiş insidentin bütün təfərrüatlarını operativ şəkildə təhlil edib. Nəticədə diplomatın uzunmüddətli ezamiyyətdən dərhal geri çağırılması və Ukraynaya qaytarılması barədə qərar qəbul edilib”, - deyə o bildirib.

Koreya KİV-lərinin verdiyi məlumata görə, Ukrayna səfirliyinin əməkdaşı spirtli sərxoş vəziyyətdə Seulda bara gələn qonaqla, həmçinin müəssisənin əməkdaşı və polis əməkdaşı ilə dava edib. 

Gülayə  Mecid