"Şimali Koreya Xalq Ordusu Ali Baş Komandanın ətrafında sıx birləşib, yorulmadan öz qüdrətini gücləndirib,... bunun nəticəsində o, dünyanın ən güclü ordusudur". 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Rusiya nümayəndə heyətinin iştirak etdiyi Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümü şərəfinə keçirilən qəbulun yekunları ilə bağlı danışan rus nazir qeyd edib ki, Moskva Pxenyanla bütün sahələrdə əməkdaşlığı gücləndirməyə hazırdır. 

Ağarza Elçinoğlu