Ukrayna Silahlı Qüvvələri Zaporojyedə  əks-hücum istiqamətində heç bir sektorda uğur qazana bilməyib.

"Unikal" xəbər verir  ki,  bunu  Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya -Afrika  iqtisadi və humanitar sammiti çərçivəsində jurnalistlərə bildirib 

“Əks-hücum üçün bütün cəhdlər dayandırılıb, düşmən ağır itkilərlə geri çəkilib”, - o bildirib.

Rusiya dövlət başçısının sözlərinə görə, son hücumda Ukrayna ordusu 200-dən çox itki verib. Putin qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin itkiləri on dəfədən çox azdır.

Gülayə Mecid