Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına hücum edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, social şəbəkələrdə yayılmış görüntülərdə gülləkeçirməz jilet geyinmiş danimarkalı fəal Quranı yandırmazdan əvvəl ayaqqabılarını kitabın üstünə qoyub.

Yoldan keçən qadın Quranı götürüb qaçmağa çalışsa da, fəalı qoruyan polis onu yaxalayıb. Polis qadına hücum edib, onu yerə yıxıb və Quranı götürərək kitabı cırıb.

Nuranə Abbasova