Rusiya Afrika qitəsində yeni səfirliklərin açılması ilə bağlı danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun sessiyasında bildirib.

"Biz Afrika qitəsində daha çox Rusiya səfirliyi açmağı planlaşdırırıq. İndi bu məsələ ilə bağlı danışıqlar aparırıq", - o deyib.

Eyni zamanda, Zaxarova söhbətin hansı ölkələrdən getdiyini açqlamayıb. “Lakin biz bu ölkələrlə səfirliklərimizin açılması ilə bağlı razılığa gələn kimi bunu mütləq elan edəcəyik”, - diplomat əlavə edib.