Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya helikopter hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Afrika Respublikasının İnformasiya Nazirliyi məlumat yayıb.

“Zati-aliləri Prezident Putin Zati-aliləri Prezident Mnanqaqvaya prezident helikopteri hədiyyə etdi və bu helikopter tezliklə Zimbabveyə təhvil veriləcək”, - nazirliyin “Twitter” səhifəsində yazıb. Bundan əvvəl Putin və Mnanqaqva Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti çərçivəsində görüşüblər.

Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Frederik Şava TASS-a bildirib ki, Afrika ölkəsi Rusiya istehsalı olan əlavə helikopterlər almağı düşünür.