Putinin Eritreya prezidenti ilə görüşü təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dövlət başçıları Rusiya-Afrika forumunun qonaqlarının şərəfinə təşkil olunmuş ziyafətdə çıxış edərək ikitərəfli görüşün cümə axşamından iyulun 28-nə, cümə gününə təxirə salınması barədə razılığa gəliblər.
“Biz qəbulda danışdıq və görüş sabaha təyin olundu”, - Kremlin sözçüsü bildirib.