Moskva hava limanlarında tufan səbəbindən bir neçə reys təxirə salınıb.

"Unikal" xəbər verir ki, Vnukovodan 16 təyyarə buraxılmayıb, dörd reys ləğv edilib. Domodedovoda altı reys təxirə salınıb, ikisi ləğv edilib, Şeremetyevoda isə 13 təyyarə gecikib.

Flightradar xidmətinin məlumatına görə, Moskvaya uçan bir neçə təyyarə ehtiyat dövrəyə salınıb.

Ən intensiv yağıntı paytaxtın şimal, qərb və cənub-qərbində müşahidə edilir. Hava proqnozuna görə, paytaxt rayonunda pis hava şəraiti səhərə qədər davam edəcək. Güclü küləyin sürəti 15-17 m/s-ə çata bilər.