Serbiya hakimiyyəti əcnəbilər üçün yaşayış icazəsi və vətəndaşlıq almaq prosesini sadələşdirib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, ölkənin parlamentinin Müdafiə və Daxili İşlər Komitəsi bu təklifi bəyənib və indi yaşayış icazəsi, iş icazəsi və digər sənədləri Serbiyanın Daxili İşlər Nazirliyindən “vahid icazə” əsasında əldə etmək olar.

Sənədlərin etibarlılıq şərtləri də liberallaşdırılıb - indi iş icazəsi bir il əvəzinə üç il qüvvədə olacaq və Serbiyada daimi yaşayış icazəsi almaq üçün indi beş il deyil, üç il yaşamaq lazımdır.

Nuranə Abbasova