Suriyanın paytaxtı Dəməşqdə baş vermiş partlayış nəticəsində yaralıların sayı artaraq 46 nəfərə çatıb.

“Unikal” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, yaralılardan 20-si yüngül xəsarət alıb.

Onlara yerində tibbi yardım göstərilib, qalanları xəstəxanalara aparılıb. 
 

*** 09:20

Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bomba partlayıb. 

"Unikal" xəbər verir ki, terror nəticəsində 6 nəfər ölüb, 23 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd olunub ki, İranın dəstəklədiyi xarici terrorçu qruplar paytaxt Dəməşqin Seyyid Zeynəb bölgəsində cəmləşib.

Ağarza Elçinoğlu