Bir vaxtlar pizza satan və sosial mediada kripto pullar sataraq milyonlar qazanan 41 yaşlı fenomen Fernando Peres Alqabanın cansız bədəni çamadandan çıxıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, kripto milyonçunun cəsədi Argentinada aşkarlanıb. Bir həftə əvvəl itkin düşmüş Alqabanın doğranmış bədəninin olduğu çamadanı uşaqlar tapıb. Onun bədənində güllə izləri də olub. 
Fenomenin İnstaqramda 1 milyona yaxın izləyicisi var. 

Polis araşdırmalara başlayıb. 

Nuranə Abbasova