Avstraliyadan olan yaşlı kişi evindəki divanı xeyriyyəçilik üçün bağışlayıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra kişi  divanında 30 min dolları gizlətdiyini xatırlayıb. 

Corc bildirir ki, evdə təmir işləri aparıb, ona görə də köhnə divandan yaxa qurtarmaq qərarına gəlib. Kişi divanını atmağa heyfi gəlib və  buna görə  də mebeli ehtiyacı olanlara bağışlayıb. Lakin bir neçə gün sonra təqaüdçü həmin divanda 30 min dollar saxladığını xatırlayıb.

"Düzünü desəm, nə qədər axmaq olduğuma inana bilmirəm", - deyə avstraliyalı özünü tənqid edib.  

Dəhşətlisi budur ki,  Corc mebelin kimə satıldığını bilmir. Təqaüdçü bununla bağlı sosial şəbəkələrdə də bir neçə paylaşım edib,hətta o  divanını qaytaranlara mükafat təklif edib.

Gülayə Mecid