Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Soçi şəhərindən "Astoria Grande" laynerinin Batumiyə gəlməsinə və bunun səbəb olduğu etirazlara münasibət bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə  "Twitter"də yazıb.

Gürcüstan prezidentinin sözlərinə görə, laynerin Soçidən gəlməsi Rusiyanın təxribatıdır, Rusiya prezidenti Vladimir Putin isə Qara dənizdə sərbəst naviqasiyanı əngəlləyir.

"Biz fəxr edirik ki, xalqımız Rusiyanın son təxribatına - Rusiya kruiz laynerinin Gürcüstanın Batumi limanına daxil olmasına qarşı dinc şəkildə etiraz edir", - Zurabişvili vurğulayıb.

Gülayə Mecid