Bakıda telefon oğurlanıb.
"Unikal" xəbər verir ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx çimərliyində bir nəfərin 2 600 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.