“Tesla” və “Space X”in qurucusu İlon Maskın keçmiş həyat yoldaşı, aktrisa Talula Rayli nişanlanıb.

“Unikal” xəbər verir ki, milyarderin iki dəfə evləndiyi keçmiş xanımı bu barədə sosial şəbəkədə paylaşım edib. Talula aktyor Tomas Brodi-Sanqsterlə nişanlanıb. Onlar 2022-ci ildə çəkiliş zamanı tanış olublar. İlon Mask Talulanı təbrik edərək ürək emojisi qoyub. 

Qeyd edək ki, Maskla Rayli 2010-2012, 2013-2016-cı illərdə evli olub. 

Nuranə Abbasova