Rusiya Federasiyası Afrika ölkələrinin inkişafına 90 milyon dollar ayıracaq.

“Unikal” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin iclasında bildirib.

Onun sözlərinə görə, Afrikanın bağışlanmış borcunun ümumi məbləği 23 milyard dollardır.

Putin əlavə edib ki, Rusiya həmişə ərzaq məhsullarının məsul tədarükçüsü olacaq və ehtiyacı olan ölkələrə və bölgələrə bu çatdırılmaları davam etdirəcək.

Nuranə Abbasova