Hindistanın Bihar əyalətindəki kəndlərdən birində qız sevgilisi ilə görüşə bilməsi üçün bütün kəndin elektrik enerjisini kəsib. 

"Unikal" "İndia Today"a istinadən xəbər verir ki, kəndlilərin uzun müddətdir işıqların tez-tez sönməsi barədə etdiyi şikayətləri nəticəsiz qalırdı. Həddən çox qaranlıqda oğurluq halları da artıb. 

Sonda məlum olub ki, Priti Kumari adlı yerli sakin Rajkumar adlı oğlanla qaranlıqda görüşmək üçün hər dəfə kəndin işığını kəsib. 

Kəndlilər onların evlənməsini tələb edib. Cütlük yerli məbəddə ailə həyatı qurub. 

Ağarza Elçinoğlu