Prokurorlar ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı yeni ittihamlar irəli sürüblər.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bunlardan biri Floridadakı Mar-a-Laqo malikanəsində müşahidə kameralarının görüntülərini məhv etmək, digəri isə “ABŞ-ın milli müdafiəsi ilə bağlı sənədləri qəsdən gizlətmək” ittihamıdır.

Hər iki fakt üzrə Trampı 250 min dollar cərimə və ya 5 ildən 20 ilədək həbs cəzası gözləyir. 

Nuranə Abbasova