Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Ukraynaya rəsmi səfər edib. 

"Unikal" BBC-yə istinadən xəbər verir ki, həm də XİN rəhbəri vəzifəsini icra edən baş nazir bir sıra görüşlər keçirəcək.

Məlumata görə, o, ukraynalı həmkarları - baş nazir Denis Şmıxal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Qeyd edək ki, Qətər hakimiyyəti Ukraynadakı müharibə ilə bağlı neytral mövqe tutsa da, Rusiyanın ukraynalılara təcavüzünü açıq şəkildə pisləməyib.

Ağarza Elçinoğlu