Rusiya-Ukrayna arasında müharibə davam edərkən bəzi Avropa şirkətləri müharibə turizmi ilə turistlər üçün kampaniyalara başlayıblar. 

"Unikal" xəbər verir  ki, turistləri Ukraynaya səfər etməyə və müharibənin ortasında yaşamağın necə olduğunu görməyə dəvət edən şirkətlər müzakirələrə səbəb olub.

Ukraynada mübahisəli məsələ olan müharibə turizmi bəziləri tərəfindən müharibə qurbanlarına hörmətsizlik kimi qiymətləndirilsə də, bəziləri tərəfindən tarixi xatırlamaq və ondan ibrət götürmək üçün vacib olduğunu bildirib.