“ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina edir. Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiya ilə danışıqların mümkünsüzlüyünü qanuniləşdirib”. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında deyib.

“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması üzərində qurulub və onlar bir daha təkrar edirəm, hamı üçün, o cümlədən Rusiya üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Hazırkı Ukrayna rejimi də danışıqlardan imtina edir. Ukrayna prezidenti bu məsələ ilə bağlı müvafiq fərman qəbul edib, danışıqları rəsmi şəkildə qadağan edib”, - deyə Putin bildirib.

Nuranə Abbasova