ABŞ-ın Federal Aviasiya Xidməti Atlanta, Denver və Florida hava limanlarındakı uçuş marşrutlarının Nyu-York, Vaşinqton və Filadelfiyada baş verən fırtına səbəbindən yenidən müəyyən ediləcəyinə dair məlumat yayıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, fırtına səbəbindən 730-dan çox aviareys təxirə salınıb. Həmçinin Nyu-Yorkdakı bəzi hava limanlarında uçuşlarda gecikmə halları müşahidə edilib.