Həccə getmək üçün yığdığı pulu böcəklər yedi.  

"Unikal" xəbər verir ki, Malayziyada yaşlı qadın 2024-cü ildə Həcc ziyarətinə getmək üçün pul yığmağa başlayıb. O, pulunu karton ayaqqabı qutusunda saxlamaq qərarına gəlib.

Nəvəsinin sözlərinə görə, nənəsi 30 min Malayziya rinqiti (təxminən 6,6 min ABŞ dolları) toplaya bilib. Lakin böcəklər pulun bir hissəsini yararsız hala salıb.