Tom Kruzun baş rolda olduğu yeddinci Impossible Missiya filmi "Mümkün olmayan Missiya: Ölümcül Şou Birinci Hissə" iyulun 14-də nümayiş olundu. Serialın ikinci hissəsi üçün İstanbula, Qapalı Çarşıda araşdırma aparmaq üçün gələn çəkiliş qrupunun görüntüləri mediaya sızıb. İddialara görə, rejissor İstanbulda ikinci filminin çəkilişindən imtina edib.

"Unikal" xəbər veirr ki, tarixi yarımadada planlaşdırdığı çəkilişlər üçün komandası ilə birlikdə Kapalıçarşıya gələn rejissorun İstanbulda film çəkməkdən vaz keçdiyi iddia edilib. Kəşfiyyatı həyata keçirən komandanın görüntülərinin sosial mediaya sızması səbəbindən məxfilik müqaviləsinin pozulduğu və buna görə də çəkilişlərin ləğv edildiyi iddia edilib.

"Mission Impossible: Deadly Showdown Part One" bəşəriyyət üçün təhlükə yaradan təhlükəli silahların bəd niyyətli insanların əlinə keçməsinin qarşısını almaq üçün mübarizə aparan agent Ethan Huntın hekayəsindən bəhs edir.