Mərakeşin qadınlardan ibarət yığmasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatında çıxış edən ilk hicablı futbolçu olub. 

"Unikal" xəbər verir ki, o, Cənubi Koreya millisi ilə qrup mərhələsinin 2-ci turunun matçında ilk dəqiqələrdən meydana daxil olub.

Benzina sonadək meydanda olub və matçın axırında sarı vərəqə alıb. Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Yeganə qolu 6-cı dəqiqədə hücumçu İbtissam Jraydi vurub.

2023 qadınlararası dünya çempionatı iyulun 20-də start götürüb və avqustun 20-dək Yeni Zelandiya və Avstraliyada keçiriləcək. ABŞ hazırkı dünya çempionudur. Onlar 4 dəfə dünya çempionu olublar.