Gürcüstana gəlişi etirazlara səbəb olan göyərtəsində Rusiyadan olan turistlərin olduğu Astoria Grande kruiz layneri  Batumi limanını tərk edib .

"Unikal" xəbər verir ki, bu barədə yerli Batumelebi agentliyi məlumat yayıb .

“Layner Batumidən planlaşdırılmış vaxtdan tez çıxıb. Göyərtəsində rusların olduğu kruiz gəmisi etirazlar fonunda Batumiyə gəlib və etirazlar fonunda Gürcüstan şəhərini tərk edib”, - məlumatda deyilir.

İyulun 31-də Gürcüstanda polis “Astoria Grande” sərnişin laynerinin Rusiyadan Batumiyə gəlməsinə qarşı keçirilən aksiyada iştirak etdiyinə görə 23 nəfəri saxlayıb .

Bundan əvvəl  rusiyalıların olduğu Astoria Grande layneri Soçidən Gürcüstanın Batumi limanına gəlib , gürcü müxalifəti bunu beynəlxalq sanksiyalardan yayınma hesab edirdi. Eyni zamanda, hakimiyyət Palau bayrağı altında üzən gəminin sanksiyalara məruz qalmadığını iddia edir.

 

14:54

Batumidə rusların olduğu kruiz gəmisinin gəlməsinə qarşı keçirilən etiraz aksiyasında saxlanılanların sayı 23-ə çatıb.

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, onların hamısı xırda xuliqanlıqda və polisin tələblərinə tabe olmamaqda ittiham olunur.

*** 12:04

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “Astoria Grande” kruiz laynerinin Soçidən Batumiyə gəlməsinə etiraz edən 9 nəfəri inzibati qaydada saxlayıblar. 

“Unikal” xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, aksiya iştirakçıları onların qanuni tələblərinə tabe olmayıb, nəticədə İnzibati Xətalar Məcəlləsinin 166-cı (asayişi pozma) və 173-cü (polisə tabe olmama) maddələri ilə 9 nəfər saxlanılıb”, - deyə açıqlamada bildirilir.

*** 09:32

Gürcüstanın Batumi limanında  rus turistlərin ölkəyə gəlməsinə görə gecə saatlarında etiraz aksiyası keçirilib. Polis bir neçə etirazçını saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın “Batumelebi” nəşri məlumat yayıb. 

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyada iki nümayişçini saxlayıblar. Həmçinin,polis “təhlükəsizlik mülahizələri” səbəbindən ictimai fəalların və müxalif siyasi partiya üzvlərinin də olduğu aksiya iştirakçılarına icazə verməyib.

Qeyd edək ki, bundan əvvəl  gürcüstanlılar "Astoria Grande" kruiz gəmisinin gəlişinə etiraz etmişdilər. 

Gülayə Mecid